AVRO-2020: Uels - İsveçrə
Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyunu başa çatıb.
Sportline.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
İlk hissədə hər iki komanda təhlükəli epizodlar yaratsa da, qol vurulmayıb. Görüşdə hesab 49-cu dəqiqədə açılıb. İsveçrənin heyətində Bril Embolo rəqibi mərkəzə dəvət edib. 74-cü dəqiqədə isə Kiffer Mur bərabərlik qoluna imza atıb.
84-cü dəqiqədə İsveçrə yığmasından Mario Qavranoviç topu rəqib qapısından keçirib. Lakin baş hakim Kleman Türpen VAR-dakı referilərə müraciət etdikdən sonra oyundankənar vəziyyət olduğunu bildirib və qolu qeydə almayıb.
A qrupunun ilk oyununda İtaliya Türkiyəni 3:0 hesabı ilə məğub edib.
Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.