AVRO 2024 portuqaliyalı futbolçu üçün 10-cu böyük turnir olacaq
Qarşıdan gələn Avropa Çempionatı 2024 "Porto" və Portuqaliya millisinin müdafiəçisi Pepenin karyerasında 10-cu böyük turnir olacaq.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, bu gün Portuqaliya seçməsinin AVRO 2024 üçün heyəti təqdim olunub.
"Porto"dan milliyə dəvət olunan Pepe buna qədər 4 dəfə Avropa Çempionatında, 4 dəfə Dünya Çempionatında və 1 dəfə isə Konfederasiya kubokunda komandanın şərəfini qoruyub.Onun, bu ilin fevral ayında 41 yaşı tamam olacaq.
Qeyd edək ki, Pepe bu mövsüm "Porto" ilə çıxdığı 34 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.