AVRO 2024:Türkiyəli hakim Halil Umut Meler daha bir oyuna təyinat alıb
AVRO 2024-də Türkiyəni təmsil edən Halil Umut Melerin idarə edəcəyi 3-cü oyun bəlli olub.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 37 yaşlı hakim 1/8 final mərhələsində keçiriləcək İngiltərə-Slovakiya oyununa əsas söz sahibi olacaq.
Xatırladaq ki, referi daha əvvəl qrup mərhələsində Polşa-Avstriya və Belçika-Sloveniya görüşlərini idarə etmişdi.
Qeyd edək ki, Qelsenkirxendə keçiriləcək İngiltərə-Slovakiya matçı iyunun 30-da baş tutacaq.