Avrokuboklarda həftənin ən yaxşıları açıqlandı

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, "Sevilya"sından İvan Rakitiç olub. O, "Roma"dan Nemanya Matiçlə Edmond Tapsoba, "Yuventus"dan Federiko Qattini qabaqlayıb.

Konfrans Liqasında isə "Vest Hem"dən Səid Benrahma komanda yoldaşı Deklan Raysı, "Fiorentina"dan Kristiano Biraqini və "Bazel"dən Andi Diufu geridə qoyub.