Avrokuboklarda həftənin oyunçusu adına namizədlər
Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Sportliune.az xəbər verir ki, "Roma"dan Nemanya Matiçlə Edmond Tapsoba, "Yuventus"dan Federiko Qatti və "Sevilya"dan İvan Rakitiç bu ada namizəddir.
Konfrans Liqasında isə "Vest Hem"dən Deklan Rays, Səid Benrahma, "Fiorentina"dan Kristiano Biraqi və "Bazel"dən Andi Diuf ən yaxşı adına iddialıdır.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytına səsvermə yolu ilə bəlli olacaq.