Avrokubokların finalı İstanbulda

İstanbul şəhəri 2025 və 2026-cı illərdə 2 böyük turnirin finalına ev sahibliyi edəcək.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, UEFA İcraiyyə Şurasının üzvü Sərvət Yardımcı 2026-cı il UEFA Avropa Liqası və 2027-ci il UEFA Konfrans Liqası finallarının İstanbulda keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, son olaraq UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün finalı İstanbulun "Atatürk Olimpiya Stadion"unda keçirilmişdi.

Həmin görüşdə "Mançester Siti" "İnter"i 1-0 hesabı ilə məğlub edərək kubokun sahibi olmuşdu.