Avroliqada həftənin ən yaxşısı

Avropa Liqasının qrup mərhələsinin ilk turundan sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, qalib “Lüdoqorets”in hücumçusu Klaudiyu Keşeru olub.

O, bu nominasiyada “Arsenal”ın hücumçusu Bukayo Sakanı, “Roma”nın yarımmüdafiəçisi Nikolo Zaniolo və “Bazel”in yarımmüdaifəçisi Kevin Buanı qabaqlayıb.

Qeyd edək ki, ruminiyalı Keşeru SSKA ilə matçda (5:1) het-trik edib.