Avroliqada həftənin oyunçusu
UEFA Avropa Liqasında həftənin futbolçusu müəyyənləşib.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, bu ada “Bayer”in futbolçusu Leon Beyli layiq görülüb. 23 yaşlı hücumçu "Hoffenhaym"dan Maksimilian Bayeri, MOİK-dən (Sofiya) Ali Sounu və "Tottenhem"dən Covanni Lo Çelsonu qabaqlayıb.
Qeyd edək ki, Beyli 6-cı turda “Slaviya” ilə matçda (4:0) dubla imza atıb.