Avroliqada həftənin rəmzi komandası

Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb.

Sportline.az xəbər verir ki, qrup mərhələsinin 6-cı turunun 11-liyində 9 klubun futbolçusu yer alıb.

Qapıçı: Kiprian Tataruşanu (“Milan”)

Müdafiəçilər: Dioqo Dalot (“Milan”), Yevgenu Çeberko (LASK), Joşko Qvardiol (“Dinamo” Zaqreb), Enrik Saborit (“Makkabi” Təl-Əviv)

Yarımmüdafiəçilər: Lirim Kastrati (“Dinamo” Zaqreb), Maqnus Volff Eykrem (“Molde”), Covani Lo Çelso (“Tottenhem”), Leon Beyli (“Bayer”)

Hücumçular: Maksimilian Beyer (“Hoffenhaym”), Joel Piroe (PSV).