Avroliqada turun rəmzi komandası

Avropa Liqasında 2-ci turun rəmzi komandası açıqlanıb.

Sportline.az xəbər verir ki, heyətdə 11 müxtəlif klubun üzvləri yer alıb. “Qarabağ”ın mübarizə apardığı I qrupunda heç bir futbolçu rəmzi 11-liyə düşməyib.

Qapıçı: Qustavo Busatto (MOİK)

Müdafiəçilər: Dioqo Dalot ("Milan"), Ceremi Gelin ("Antverpen"), Stian Qreqersen ("Molde"), Borna Barişiç ("Reyncers")

Yarımmüdafiəçilər: Pizzi ("Benfika"), Mihael Liendl ("Volfsberger"), Co Uillok ("Arsenal")

Hücumçular: El Fardu Ben Nabuhan ("Srvena Zvezda"), Elvis Manu ("Lüdoqorets"), Mohamed Elyunussi ("Seltik").