Avropa çempionatı: Azərbaycan komandalarının son turda rəqibləri müəyyənləşib

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempionatında bu gün son turun görüşləri keçiriləcək.

Sportline.az xəbər verir ki, IX Azərbaycanın kişilərdən ibarət yığması Fransa ilə görüşəcək. Hazırda hər iki komanda 12 xala malik olsa da, əmsallar cədvəlinə əsasən, Fransa 2-ci, Azərbaycan 3-cüdür.

Azərbaycan komandası 4 qat Avropa çempionluğunu əldə etmək üçün mütləq qələbə qazanmalı və paralel təşkil olunacaq Ermənistan - Ukrayna görüşündə birincilərin xal itirməsini gözləməlidir.

Qadın millisi isə Niderlandla üz-üzə gələcək. 10 xala malik hər iki komanda qızıl və gümüş medal şanslarını itirib. Bürünc medal əldə etmək üçün Azərbaycan komandası qələbə qazanmalı və Polşanın Rusiya ilə görüşdə xal itirməsini gözləməlidir.