Avropa çempionatı: Azərbaycanın 2 boksçusu finala yüksəlib, 3-ü bürünc medal qazanıb
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığmasının 2 üzvü finala yüksəlib, 3-ü bürünc medal qazanıb.
Sportline.az xəbər verir ki, Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih Gümüşü 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesabı ilə üstələyib.
Avropa çempionu ardıcıl ikinci dəfə qitə birinciliyində finala yüksəlib. N.Hüseynovun uğurunu 57 kq çəkidə Əzrək Bəbirov da təkrarlayıb. O, final yolunda Rafiq Əmirxanovu (Rusiya) məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).
Yarımfinalda rəqiblərinə uduzan Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) isə Avropa çempionatının bürünc medalına yiyələniblər.
Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.