Avropa çempionatı: Azərbaycanın şahmat yığmalarının VII tur üçün heyətləri bəlli olub

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.

Sportline.az xəbər verir ki, kişilərdən ibarət komanda Niderland yığması ilə, qadınlar isə Rusiya ilə üz-üzə gələcək.

Avropa çempionatı, VII tur
19 noyabr

Kişilər

Niderland - Azərbaycan

Aniş Giri - Şəhriyar Məmmədyarov

Yorden Van Forest - Teymur Rəcəbov

Maks Varmerdam - Qədir Hüseynov

Erik Van Der Doel - Nicat Abbasov

Rəcəbov və Abbasov ağ, Məmmədyarovla Hüseynov qara fiqurlarla oynayacaq.

Qadınlar

Azərbaycan - Rusiya

Günay Məmmədzadə - Aleksandra Qoryaçkina

Xanım Balacayeva - Katerina Laqno

Ülviyyə Fətəliyeva - Valentina Qunina

Gövhər Beydullayeva - Polina Şuvalova

Məmmədzadə və Fətəliyeva ağ, Balacayeva ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, 6 turdan sonra 9 xalı olan kişilərdən ibarət yığma Ukrayna, İspaniya, Niderland və Ermənistanla birlikdə 2-6-cı yerləri bölüşdürür. Qadınlar isə 9 xalla 3-4-cü yerlərdə gedir.