Avropa çempionatı: Azərbaycanın şahmat yığması Almaniyanı məğlub edib
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında IV turun görüşləri keçirilib.
Sportline.az xəbər verir ki, ilk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan millisi bu dəfə Macarıstanla üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Yığmanın liderləri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun heç-heçə etdiyi turda Rauf Məmmədov qələbə qazanıb, Qədir Hüseynov isə uduzub. Bu, kişi şahmatçıların yarışdakı ilk heç-heçəsi olub.
Qadınlardan ibarət komanda isə Almaniya ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. Gülnar Məmmədova və Gövhər Beydullayeva rəqiblərinə qalib gəlib. Günay Məmmədzadə ilə Xanım Balacayeva isə heç-heçəyə razılaşıblar.
Avropa çempionatı, IV tur
Kişilər
Macarıstan - Azərbaycan - 2:2
Viktor Erdyoş - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Ferents Berkeş - Teymur Rəcəbov - 0,5:0,5
Tamaş Banus - Rauf Məmmədov - 0:1
Benyamin Qledura - Qədir Hüseynov - 1:0
Qadınlar
Almaniya - Azərbaycan - 1:3
Elizabet Paets - Günay Məmmədzadə - 0,5:0,5
Josefin Heynemann - Gülnar Məmmədova - 0:1
Anna-Mari Klek - Xanım Balacayeva - 0,5:0,5
Melani Lübbe - Gövhər Beydullayeva - 0:1
Qeyd edək ki, ilk üç turda kişilər İtaliya, Serbiya və Almaniyadan üstün olublar. Qadınlar isə Türkiyə və İsveçi məğlub etsələr də, Gürcüstana uduzublar.