Avropa çempionatı ləğv olundu

UEFA 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2020-ci ildə keçirilməli olan Avropa çempionatı ilə bağlı qərarını verib.

Sportline.az xəbər verir ki, final mərhələsi Şimali İrlandiyada nəzərdə tutulan turnir ləğv edilib. Buna koronavirus pandemiyası səbəb olub. Mövcud durumu nəzərə alan qurum belə addım atmağa məcbur olub.

Final mərhələsinin 5 ən yaxşı komandası U-20-lərin dünya çempionatına vəsiqə qazanmalı idi. UEFA bu vəsiqələri ən yüksək reytinqlilərə - İngiltərə, Fransa, Niderland, İtaliya və Portuqaliyaya verib.