Millimiz heç-heçə ilə başladı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsində ilk oyununa çıxıb. SportLine.az xəbər verir ki, Təbriz Həsənovun komandası İrlandiyada təşkil olunan mərhələdə ilk matçını meydan sahiblərinə qarşı keçirib.
Qeyd edək ki, millimiz oktyabrın 7-də Serbiya, oktyabrın 10-da Kiprlə qarşılaşacaq.
4 oktyabr
Azərbaycan – İrlandiya - 0:0
Uoterford. Regional İdman Mərkəzi
Hakimlər:Alain Durieux, Klaude Reis (hər ikisi Lüksemburq), Teodoros Georgiou, Ferenk Karako (hər ikisi Macarıstan)