Avropa çempionatı start götürür
Ağır atletika üzrə seçmə komandamız Avropa çempionatına qatılacaq. Sportline.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışlar 2-8 aprel tarixlərində Xorvatiyanın Split şəhərində təşkil olunacaq. Yarışda 42 ölkədən 324 atlet (144 qadın və 180 kişi) iştirak edəcək. Azərbaycan komandası medallar uğrunda Məmmədli Məhəmməd (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılovdan (94 kq) ibarət heyətlə mübarizəsi aparacaq.