Avropa çempionatına türkiyəli mütəxəssisin rəhbərliyi altında hazırlaşırlar

Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatına hazırlıqlarını davam etdirirlər.

Sportline.az xəbər verir ki, Milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən toplanışa 10 idmançı cəlb olunub.

Onlar mötəbər yarışa Türkiyə Cüdo Federasiyasının Təhsil direktoru, VI dan qara kəmər sahibi Mehmet Yılmazın rəhbərliyi altında hazırlaşırlar.

Avropa çempionatı 31 may – 1 iyun aralığında Latviyanın paytaxtı Riqada keçiriləcək. Qitə yarışında ölkəmizi “nage-no-kata” və “katame-no-kata” üzrə 4 idmançı təmsil edəcək.

Cüdoçularımız turnirdən öncə, mayın 28–30-da Riqada təşkil olunacaq Kodokan kata seminarı və imtahanında da iştirak edəcəklər.