Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.
Azərbaycan Boks Federasiyasından Sportline.az-a verilən məlumata görə, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandasının idmançılarının da ilk rəqibləri bəlli olub.
Çempionatın ilk günündə Əzrək Bəbirov (57 kq) və Cəlal Qurbanov (63,5 kq) rinqə çıxacaqlar.
Avropa çempionatı
12 noyabr
1/16 final
Cəlal Qurbanov (63,5 kq) – Bartlomey Roskovij (Polşa)
1/8 final
Əzrək Bəbirov (57 kq) – Ariol Zeneli (Albaniya)
13 noyabr
1/16 final
Maqsud Xasmetov (60 kq) – Berat Çivelek (Türkiyə)
1/8 final
Nicat Hüseynov (51 kq) – Françesko Messineo (Almaniya)
Ruslan Qədirov (54 kq) – Tommaso Skiacca (İtaliya)
Seyid Seyidov (86 kq) – Yakub Strajevski (Polşa)
Mirxəyal Məmmədov (92 kq) – Mateuş Berezniçki (Polşa)
Aslan Mövsümova (+92 kq) – Nikita Putilov (Almaniya)
Zeynəb Rəhimova (54 kq) – Viktoriya Roqalinska (Polşa)
14 noyabr
1/8 final
İlqar Salahov (67 kq) – Fatih Kaya (Türkiyə)
Rəşid Həsənov (71 kq) – Dariuş Znamyeç (Polşa)/Corc Smoloviç (Monteneqro)
Daniel Xolostenko (75 kq) – Malek Semmo (Almaniya)
Murad Allahverdiyev (80 kq) – Kromvell Kommeyalfred (İtaliya)
15 noyabr
1/4 final
Mehparə Məmmədova (48 kq) – Rahibə İsmayılova (Gürcüstan)
Marjona Savriyeva (50 kq) – İrina Vinaradava (Belarus)
16 noyabr
1/4 final
Tural Sarıyev (48 kq) – Padraiq Dovney (İrlandiya)
Qeyd edək ki, yarışın final döyüşləri noyabrın 19-da olacaq. Çempionatda 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparacaq.