Avropa çempionatında daha bir medal

İsrailin Eylat şəhərində, 15-17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Sportline.az xəbər verir ki, yarışa 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) qatılıb.

Yaşı 17-yə qədər olan atletlərdə 96 kq çəki dərəcəsində Azərbaycanın iki atleti – Tarmenxan Babayev və Əli Şükürlü qüvvəsini sınayıb.

Əli Şükürlü toplam 306 kq (140+166) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

Tarmenxan Babayev birdən qaldırma hərəkətində 145 kq nəticə ilə 4-cü pillədə qərarlaşıb. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 181 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq Avropa birinciliyinin bürünc medalını qazanıb.

 

Toplam 326 kq (145+181) nəticə ilə Babayev yekun sıralamada 4-cü yeri tutub.