Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb
Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.
Bu barədə Sportline.az-a Azərbaycan Atçılıq Federasiyasının (ARAF) mətbuat xidmətindən nməlumat verilib.
ARAF-ın prezidenti Elçin Quliyev milli üzvlərini qəbul edib.
Təltifetmə mərasimində qurum rəhbəri idmançılara göstərdikləri yüksək nəticəyə görə təşəkkür edib, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və ARAF-ın dəstəyinin davamlı olacağını vurğulayıb.