Avropa çempionatının son iştirakçıları müəyyənləşir

Bu gün AÇ-2020-nin pley-off mərhələsinin son 4 oyunu keçiriləcək .
 
Sportline.az xəbər verir ki, bununla da gələn il təşkil olunacaq finalın bütün iştirakçıları müəyyənləşəcək. 
 
D yolunda Gürcüstan Şimali Makedoniya ilə, A yolunda Macarıstan İslandiya ilə, B yolunda Şimali İrlandiya  Slovakiya ilə, C yolunda Serbiya Şotlandiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən AÇ-2020-nin final mərhələsi 1 il sonraya təxirə salınmışdı. Seçmə mərhələdə isə çempionatın 20 iştirakçısı müəyyənləşib. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiyadır.
 
AÇ-2020, pley-off mərhələsi

Final

12 noyabr
 
A yolu

23:45.
 Macarıstan – İslandiya
 
B yolu

23:45.
 Şimali İrlandiya – Slovakiya
 
C yolu

23:45.
 Serbiya – Şotlandiya
 
D yolu

21:00.
 Gürcüstan - Şimali Makedoniya