Avropa çempionatının tarixinə düşdü

İngiltərə millisinin hücumçusu Bet Mid qadınlar arasında Avro-2022-nin qrup mərhələsində 5 qol vurub.

Sportline.az xəbər verir ki, ingilis oyunçu bu nailiyyəti əldə edən ilk futbolçu olub.

Mid qrup mərhələsində Avstriya (1:0), Norveç (8:0) və Şimali İrlandiyaya (5:0) qarşı hər üç oyunda ümumilikdə 5 dəfə rəqib qapılarına yol tapıb.

Qadınlar arasında Avropa çempionatı iyulun 31-dək davam edəcək. Final qarşılaşması Londonun “Uembli” stadionunda keçiriləcək.

Banner