Avropa çempionatlarında ilk

Avropa çempionatları tarixində ilkə imza atılıb.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, E qrupunun Polşa - Slovakiya matçında baş verib. 18-ci dəqiqədə Polşa millisinin yarımmüdafiəçisi Robert Makın vurduğu zərbədən sonra top dirəyə dəyib, daha sonra qapıçı Voyçex Şensnını əlinə dəyərək tora daxil olub. Beləliklə, qolkiperdən avtoqol qeydə alınıb.

Bununla da Şensnı Avropa çempionatları tarixində ilk qapıçı avtoqolunun müəllifi olub.