Avropa Liqası: Həftənin oyunçusu kim olacaq?

UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib. 

Sportline.az xəbər verir ki, bu ada İspaniya "Sevilya"sının yarımmüdafiəçisi Lukas Okambus, Ukrayna "Şaxtyor"unun orta xətt oyunçusu Tayson, İtaliya "İnter"inin yarımmüdafiəçisi Nikolo Barella və Danimarka "Kopenhagen"ninin qapıçısı Karl-Yohan-Yanssson iddialıdır. 

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək. 

Qeyd edək ki, 1/4 final mərhələsində "Sevilya" İngiltərə "Vulverhempton"ı 1:0, "Şaxtyor" isə İsveçrə "Bazel"ini 4:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. "İnter" Almaniya "Bayer"ini üstələyib - 2:1, "Kopenhegen" isə İngiltərənin "Mançester Yunayted" komandasına əlavə vaxtda məyus edib - 0:1.