Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər müəyyənləşib

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Sportline.az xbər verir ki, bu ada Şotlandiya "Reyncers"indən Ceyms Tavernye, İngiltərənin "Vest Hem" klubundan Deklan Rays, Almaniya "Leyptsiq"indən Kristofer Nkunku və "Ayntraxt" (Frankfurt) komandasından Evan N Dika iddia edir.

UEFA Konfrans Liqasında İtaliya "Roma"sından Temmi Abraham, İngiltərə "Lester"indən Vesle Fofana, Fransanın "Marsel" klubundan Luan Peres və Niderland "Feyenoord"undan Gernot Trauner namizəddir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Avropa Liqasının finalında "Reyncers" "Ayntraxt"la, Konfrans Liqasının həlledici matçında isə "Roma" "Feyenoord"la üz-üzə gələcək.