Avropa Liqasında həftənin futbolçusu adına namizədlər

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Lüdoqorets”dən Elvis Manu, “Volfsberq”dən Mixael Lindl, PSV-dən Donyell Malen və “Srvena Zvezda”dan El-Fardu Ben-Nabuan namizədlər sırasındadır.

Qalib qurumun saytında azarkeşlərin səsverməsi nəticəsində seçiləcək.