Avropa Liqasında həftənin futbolçusu adına namizədlər

UEFA Avropa Liqasında ilk yarımfinal oyunlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, siyahıya İngiltətə "Mançester Yunayted"indən Edinson Kavani və Brunu Fernandeş, "Arsenal"dan Nikolya Pepe və İspaniya "Vilyarreal"ından Raul Albiol daxil edilib.

Qalib UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə müəyyənləşəcək.