Avropa Liqasında həftənin oyunçusu kim olacaq?
Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda “Hoffenhaym”dan Maksimilian Bayer, "Bayer"dən (Leverkuzen) Leyon Bayli, MOIK-dən (Moskva) Ali Soye və "Tottenhem"dən Covani Lo Celso yer alıb.
Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.