Avropa Liqasında pley-off cütləri müəyyənləşir

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyin şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Avroliqada qrup ikincisi olmuş 8 komanda səpələnmişlər, Çempionlar Liqasının qruplarında 3-cü yeri tutmuş 8 komanda isə səpələnmişlər səbətində yer alıb.

Pley-offda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər. Səpələnmiş klublar ilk matçlarını səfərdə keçirəcəklər.

Mərhələnin ilk oyunları 2022-ci il fevralın 17-də, cavab matçları isə fevralın 24-də olacaq. Mərhələni adlayanlar Avropa Liqasının 1/8 finalına yüksələcəklər.

UEFA Avropa Liqası

Pley-off mərhələsi

Səpələnmişlər

"Betis" (İspaniya)

"Braqa" (Portuqaliya)

"Dinamo" (Zaqreb, Xorvatiya)

"Latsio" (İtaliya)

"Napoli" (İtaliya)

"Olimpiakos" (Yunanıstan)

"Real Sosyedad" (İspaniya)

"Reyncers" (Şotlandiya)

 

Səpələnməmişlər

"Atalanta" (İtaliya)

"Barselona" (İspaniya)

"Borussiya" (Dortmund, Almaniya)

"Zenit" (Rusiya)

"Portu" (Portuqaliya)

"Leyptsiq" (Almaniya)

"Sevilya" (İspaniya)

"Şerif" (Moldova)