Avropa Liqasında V turun oyunları

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları olacaq.

Sportline.az xəbər verir ki, ölkə çempionumuz "Qarabağ" bu tur İsrailin "Makkabi" (Tel-Əviv) komandasını qəbul edəcək.

I qrupunun digər matçında İspaniya "Vilyarreal"ı Türkiyədə "Sivasspor"un qonağı olacaq. V tur qrupdakı hər iki vəsiqənin taleyinə aydınlıq gətirə bilər. Ağdam klubu növbəti mərhələyə ümidlərini itirsə də, "Makkabi"ni büdrətməklə "Sivasspor"a yol aça bilər.

Avropa Liqası
V tur
3 dekabr

G qrupu
21:55. AEK (Yunanıstan) - “Braqa” (Portuqaliya)
21:55. “Zarya” (Ukrayna) - “Lester” (İngiltərə)

Xal durumu: "Lester" - 10, "Braqa" - 7, AEK - 3, "Zarya" - 3

H qrupu
21:55. “Lill” (Fransa) - “Sparta” (Praqa, Çexiya)
21:55. “Milan” (İtaliya) - “Seltik” (Şotlandiya)

Xal durumu: "Lill" - 8, "Milan" - 7, "Sparta" - 6, "Seltik" - 1

I qrupu
21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Tel-Əviv, İsrail)
21:55. “Sivasspor” (Türkiyə) - “Vilyarreal” (İspaniya)

Xal durumu: "Vilyarreal" - 10, "Makkabi" - 7, "Sivasspor" - 6, "Qarabağ" - 0

J qrupu
21:55. LASK (Avstriya) - “Tottenhem” (İngiltərə)
00:00. “Antverpen” (Belçika) - “Lüdoqorets” (Bolqarıstan)

Xal durumu: "Antverpen" - 9, "Tottenhem" - 9, LASK - 6, "Lüdoqorets" - 0

K qrupu
21:55. MOİK (Moskva, Rusiya) - “Volfsberq” (Avstriya)
21:55. “Feyenoord” (Niderland) - “Dinamo” (Zaqreb, Xorvatiya)

Xal durumu: "Dinamo" - 8, "Feyenoord" - 5, "Volfsberq" - 4, MOİK - 3

L qrupu
21:55. “Gent” (Belçika) - “Slovan” (Liberec, Çexiya)
21:55. “Srvena Zvezda” (Serbiya) - “Hoffenhaym” (Almaniya)

Xal durumu: "Hoffenhaym" - 12, "Srvena Zvezda" - 9, "Slovan" - 3, Gent - 0.

A qrupu
00:00. ÇFR (Rumıniya) - MOİK (Sofiya, Bolqarıstan)
00:00. “Roma” (İtaliya) - “Yanq Boyz” (İsveçrə)

Xal durumu: "Roma" - 10, "Yanq Boyz" - 7, ÇFR - 4, MOİK - 1

B qrupu
00:00. “Molde” (Norveç) - “Dandolk” (İrlandiya)
00:00. “Arsenal” (İngiltərə) - “Rapid” (Avstriya)

Xal durumu: "Arsenal" - 12, "Molde" - 6, "Rapid" - 6, "Dandolk" - 0

C qrupu
00:00. “Nitsa” (Fransa) -“Bayer” (Leverkuzen, Almaniya)
00:00. “Slaviya” (Praqa, Çexiya) - “Hapoel” (Beer-Şeva, İsrail)

Xal durumu: "Slaviya" - 9, "Bayer" - 9, "Nitsa" - 3, "Hapoel" - 3

D qrupu
00:00. “Reyncers” (Şotlandiya) - “Standard” (Belçika)
00:00. “Benfika” (Portuqaliya) - “Lex” (Polşa)

Xal durumu: "Reyncers" - 8, "Benfika" - 8, "Lex" - 3, "Standard" - 3

E qrupu
00:00. “Qranada” (İspaniya) - PSV (Niderland)
00:00. “Omoniya” (Kipr) - PAOK (Yunanıstan)

Xal durumu: "Qranada" - 10, PSV - 6, PAOK - 5, "Omoniya" - 1

F qrupu
00:00. AZ (Niderland) - “Napoli” (İtaliya)
00:00. “Real Sosyedad” (İspaniya) - “Riyeka” (Xorvatiya)

Xal durumu: "Napoli" - 9, AZ - 7, "Real Sosyedad" - 7, "Riyeka" - 0