Avropa nəhəngləri Çempionlar Liqasından kənarlaşdırıla bilər

İspaniyanın "Real" və "Barselona”, İtaliyanın "Yuventus” klubları Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Sportline.az xəbər verir ki, bu barədə UEFA məsləhətçisi Evelina Kristilin bildirib. Onun sözlərinə görə, buna səbəb komandaların Super Liqada iştirakıdır: "Hazırda vəziyyət belədir ki, adları qeyd olunan klublar UEFA nizamnaməsinin 49 və 51-ci maddələrini pozublar. 51-ci maddənin pozulmasına görə müəyyən sanksiya nəzərdə tutulmayıb, ona görə qərar tam UEFA-nın səlahiyyətindədir. UEFA-nın qərarı isə çox sərt ola bilər".

Qeyd edək ki, Super Liqa 12 komandanın iştirakı ilə aprelin 19-da yaradılıb, lakin iki gün sonra 9 klub turniri tərk etdiyini bildirib. Yalnız  "Real", "Barselona" və "Yuventus" hələ də turnirdən çıxdıqlarını açıqlamayıb.