Avstraliya millisi baş məşqçi ilə yollarını ayırıb
Avstraliya millisinin baş məşqçisi Qrem Arnold vəzifənidən istefa etdiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, bu barədə Bild.com saytı məlumat yayıb.
61 yaşlı mütəxəssis ayrılığı haqda bu fikirləri səsləndirib.
"İndoneziya ilə oyundan (0:0) sonra müəyyən qərarlar verməli olduğumu düşümdüm və sonra intuisiyam mənə dəyişikliklərə ehtiyac olduğunu bildirdi.
İstefa vermək qərarına gəldim, çünki bunun futbolçular və Avstraliya Futbol Assosiasiyası üçün daha yaxşı olacağını düşündüm.
Mən bu işdə əlimdən gələni etdim və bacardıqlarımla qürur duyuram" deyə təcrübəli çalışdırıcı bildirib.
Qeyd edək ki, Avstraliya millisi 2022-ci il Dünya Çempionatında bu məşqçinin rəhbərliyi altında tarixində ikinci dəfə 1/8 finala yüksəlib.