"Axmat" braziliyalı futbolçu ilə güclənib

"Axmat" "Kasa Pia" forması geyinən Felippe Kardosonu heyətinə qatıb.

Sportline.az Qroznı klubunun rəsmi hesabına istinadla xəbər verir ki, 25 yaşlı forvard ilə 4 illik müqavilə imzalanıb.

Futbolçu Portuqaliya Liqasının 2023/2024 mövsümündə 29 oyunda 6 qol vurub.

Qeyd edək ki, Kardoso daha əvvəl "Fluminense", "Santos" və "Veqalta Senday"ın uğurları üçün çalışıb.