"Axmat" ciddi itki ilə üzləşib
"Axmat"ın kosovalı futbolçusu 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Sportline.az xəbər verir ki, bu barədə Qroznı klubunun mətbuat xidməti məlumat yayıb.
Berişanın cərrahi müdaxilə ehtiyac duyduğu qeyd edilir. Futbolçu əməliyyat olunmaq üçün xaricdəki ixtisaslaşmış klinikalardan birinə gedəcək. Müalicə və reabilitasiya təxminən altı ay çəkəcək.
Qeyd edək ki, 32 yaşlı vinqer Rusiya Premyer Liqasının 6-cı turunda "Ximki"yə qarşı keçirilən matçda zədələnərək meydanı xərəkdə tərk edib.Onun bu mövsüm aktivində 2 qol və 1 asist var.