“Axmat Qroznı”da yeni baş məşqçi
Kubokdakı məğlubiyyətin ardından Miroslav Romaşenko ilə yollarını ayıran “Axmat Qroznı”ya yeni baş məşqçi təyin olunub.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Qroznı klubunu bundan sonra rusiyalı mütəxəssis Maqomed Adiyev çalışdıracaq. Adiyev eyni zamanda Qazaxstan milli komandasının baş məşqçisidir.
Buna qədər 46 yaşlı mütəxəssis artıq Qroznı klubunda köməkçi məşqçi vəzifəsini icra edib.
Qeyd edək ki, RPL-in 20 turundan sonra “Axmat Qroznı” 20 xalla 12-ci (autsayderlər bölgəsi) pillədə qərarlaşır.
Miroslav Romaşenko 2023-cü ilin avqustundan komandaya rəhbərlik edirdi.