"Ayaks"ın futbolçusu: "Azərbaycan yığması bəzi keyfiyyətlərə sahibdir"

"Bu, dolğun qrupdur. Yalnız bir koman seçmə mərhələdən dünya çempionatına avtomatik vəsiqə qazanır".

Sportline.az xəbər verir ki, bu fikirləri Serbiya yığmasının futbolçusu Duşan Tadiç İrlandiya, Portuqaliya və Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunlarından əvvəl FIFA-nın rəsmi saytına müsahibəsində deyib.

Niderlandın "Ayaks" klubunda çıxış edən 33 yaşlı hücumçu Portuqaliya yığmasının böyük komanda olduğunu bildirib: "Bizim üçün ən çətin rəqib onlar olacaq. Bu yaxınlarda İrlandiyaya qarşı oynamışıq və onların da səliqəli oynayan komanda olduğunu bilirik".

Tadiçin fikrincə, Lüksümburq və Azərbaycan milliləri də müəyyən keyfiyyətlərə sahibdir: "Buna görə tam qüvvəmizi ortaya qoymalı və seçmə mərhələni keçmək üçün mümkün olan hər şeyi etməliyik".

Qeyd edək ki, Serbiya millisi martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq.