"Ayaks"ın qapıçısına ağır cəza
"Ayaks"ın əsas qapıçısı Andre Onanaya 12 aylıq cəza verilib.
Sportline.az Niderland klubunun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı kamerunlu qapıçı antidopinq qaydalarını pozduğu üçün cəzalandırılb.
Oktyabrın 30-da qapıçıdan götürülmüş sidik nümunəsində furosemid aşkarlanıb. Onananın cəzası bu gündən qüvvədədir. Cəza həm milli, həm də klub yarışları üçün keçərlidir.