Azad Əsgərov: "Azərbaycan çempionatına maraq yüksək səviyyədədir"

İyunun 16-da "Sərhədçi İdman Olimpiya Mərkəzi"ndə Pankration, Qrapplinq və  MMA üzrə növbəti Azərbaycan çempionatına start veriləcək. Bu dəfəki yarışlar kütləviliyinə görə daha çox diqqət çəkir.

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərovun Sportline.az-a verdiyi xəbərə görə, ötən il 60-a yaxın komandanın qatıldığı yarışda bu il 90-a yaxın komanda mübarizə aparacaq: “Azərbaycan çempionatına maraq yüksək səviyyədədir. Bu, idmançıların sayında da özünü büruzə verir. Konkret desək, MMA növündə 510, pankrationda 250, qrapplinqdə isə 400-ə yaxın idmançı qeydiyyatdan keçib. Bəziləri isə gecikdiyinə görə yarışa buraxılmayacaq. Ümumilikdə 1000-dən çox idmançı budəfəki Azərbaycan çempionatında qələbə uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, iyunun 16-da MMA, 17-də pankration, 18-də isə qrapplinq üzrə yarışlar keçiriləcək.