Azad Məcidli: "Sabahkı oyuna görə 4 "Beşiktaş" fan-klubu birləşib"

"Sabahkı oyuna görə 4 "Beşiktaş" fan-klubu birləşib".

Bunu Sportline.az saytına açıqlamasında "Azərbaycan qartalları" fan-klubunun nümayəndəsi Azad Məcidli "Sabah" - "Beşiktaş" oyunu ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə oyunqabağı ciddi hazırlıq gedir: "Oyuna ciddi hazırlaşırıq. "Beşiktaş" bizim sevimli komandamızdır. Buna görə də, "Azərbaycan qartalları", "Gəncə qartalları", "Bakı qartalları" və "Çarşı Azərbaycan" fan-klubları birləşib. Zəlzələ qurbanlarını oyun zamanı yad edəcəyik. Zəlzələdə həyatını itirən "Beşiktaş" azarkeşi Hümam İsmayıllı və digər 3 azərbaycanlı tələbənin də xatirəsini yad edəcəyik".

Banner