Azər Bağırov "Cüzi səhvlərə görə uduzduq"
"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 13-cü turunun bu gün "Zirə"yə qarşı oyunu (0:2) ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, o, matçdan sonra təşkil edilən mətbuat konfransında çox maraqlı oyunun olduğunu söyləyib:
"Meydançada yaxşı mübarizə getdi. İlk hissədə meydanda 7 yerli, 4 əcnəbi futbolçu var idi. Bu həm bizim üçün, həm yerli oyunçuların inkişafı baxımından çox yaxşıdır. İkinci hissədə cüzi səhvlərin nəticəsində uduzduq. Həmişə demişəm ki, belə səhvlər etməməliyik. Əksinə rəqibi səhvə yol verməyə məcbur etməliyik. Təəssüflər olsun ki, qollar buraxdıq və məğlub olduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm" - deyə o, vurğulayıb.