Millimiz darmadağınla qalib gəldi

"Antalya Kuboku" yarışında çıxış edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi bu gün 3-cü oyununa çıxıb. SportLine.az xəbər verir ki, ilk iki matçda qələbə qazanan Yaşar Vahabzadənin yetirmələri bu dəfə Albaniya millisi ilə münasibətlərə aydınlıq gətirib. 

Komandamızın tam üstünlüyü ilə keçən görüş darmadağınla yekunlaşıb - 4:0.

26 yanvar 2016
"Antalya Kuboku", 3-cü tur


Azərbaycan - Albaniya - 4:0

QOLLAR: Vüqar Mustafayev, 63, Azər Salahlı, 73, Kamal Mirzəyev, 80, Kamran Abdullazadə, 90+2
QIRMIZI VƏRƏQƏ: Esin Hakay, 65

Qeyd edək ki, seçməmiz ilk turda Ukraynanın U-21 komandasını 2:1, 2-ci oyunda Səudiyyə Ərəbistanının U-20 komandasını 3:0 hesabı ilə məğlub edib. Komandamızın növbəti rəqibi Bəhreyn millisi olacaq.