Millimiz Almaniyaya uduzdu

21 yaşadək futbolçular arasında Avropa çempionatının təsnifat mərhələsi davam edir. SportLine.az xəbər verir ki, bu gün Azərbaycan millisi V qrupda 3-cü matçına çıxacaq. Komandamız Kotbus şəhərində Almaniya seçməsinin qonağı olacaq.

İlk iki görüşdə xalsız qalan millimiz, Samir Ələkbərovun rəhbərliyi altında daha inamlı oynamaq niyyətindədir. Bir oyundan sonra hesabında 3 xalı olan "Bundestim" də meydana 3 xal üçün çıxacaq.


06 oktyabr 2017
21 yaşadək futbolçular arasında Avropa çempionatının təsnifat mərhələsi
V qrup

Almaniya – Azərbaycan - 6:1
QOLLAR:
Filipp Oş, 8 (1:0); Mahmud Dahud, 34 (2:0); Filipp Oş, 37 (3:0); Anton Krivotçuk, 53 (4:0); Hartel, 72 (5:0); Toyxert, 83 (6:0); İlyas Səfərzadə, 86 (6:1)

Baş hakim: Vilyalmur Torarinsson
Baş hakimin köməkçiləri: Qilfi Mar Siqurdsson, Frosti Vidar Qunnarsson
Dördüncü hakim: Toroddur Hyaltalin
Kotbus. “Frendşaft” stadionu