Azərbaycan millisi Almaniyaya uduzdu

21 yaşadək futbolçuların Avropa çempionatının təsnifat mərhələsində bu gün növbəti oyunlar keçiriləcək. SportLine.az xəbər verir ki, Azərbaycan millisi doğma meydanda Almaniya futbolçuları ilə üz-üzə gələcək.

Bundan əvvəlki üç oyunda xal üzünə həsrət qalan Samir Ələkbərovun komandası, bu dəfə azarkeşləri sevindirmək niyyətindədir. Hesabında 6 xalı olan "Bundestim"in də meydanda qələbə üçün çıxacağı dəqiqdir.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk matçda Almaniya millisi sevinib - 6:1.


09 noyabr 2017
U-21, Avro-2019-un təsnifat mərhələsi
V qrup

Azərbaycan – Almaniya - 0:7
QOLLAR:
Hartel, 2 (0:1); Amiri, 14 (0:2); Seydel, 28 (0:3); Hartel, 46 (0:4); Hartel, 58 (0:5); Kolstermann, 60 (0:6)$ Levin Öztunalı, 84 (0:7)
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski
Dördüncü hakim: Bulat Sarıyev (hamısı Qazaxıstan)
Bakı. “Dalğa Arena” stadionu

Standings provided by Sofascore LiveScore