Azərbaycan - Almaniya matçı "Dalğa Arena"da
21 yaşadək futbolçular arasında Avropa çempionatının təsnifat mərhələsində keçiriləcək Azərbaycan – Almaniya oyununun yeri və vaxtı məlum olub. SportLine.az xəbər verir ki, qarşılaşma noyabrın 9-da “Dalğa Arena”da olacaq. Matç saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan seçməsi ilk üç oyununda məğlub olub.