Azərbaycan - Almaniya matçı üçün karikatura
Karikaturaçı Omar Momani bu dəfə Azərbaycan - Almaniya görüşünü əks etdirən karikatura hazırlayıb. SportLine.az xəbər verir ki, Momani karikaturaya "Niyə də Azərbaycan yox?" adını qoyub. Sosial şəbəkədə paylaşdığı əsərdə Momani belə bir sual da qoyub: “Norveç üzərindəki qələbədən sonra Azərbaycan dünya çempionları ilə oyunda da uğur qazana biləcək?”
Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü martın 26-da keçiriləcək.