Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunlarının təqvimi açıqlanıb

Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunlarının təqvimi açıqlanıb.

Sportline.az xəbər verir ki, "Sabah" və "Neftçi" komandaları arasında keçiriləcək dördüncü matç mayın 8-də, saat 19:00-da başlayacaq.

Mayın 11-nə təsadüf edəcək beşinci qarşılaşma isə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, indiyə qədər tərəflər arasında 3 görüş baş tutub. Bu oyunlardan ikisində "Sabah", birində isə "Neftçi" qələbə qazanıb. Final seriyasında 4 qələbəyə çatan tərəf Azərbaycan Basketbol Liqasının qalibi olacaq.