Azərbaycan Basketbol Liqasında sonuncu yarımfinalçı bəlli olacaq
Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanan sonuncu komanda bəlli olacaq.
Sportline.az xəbər verir ki, pley-off mərhələsinin üçüncü oyununda bu gün "Abşeron" və "Naxçıvan" münasibətlərə aydınlıq gətirəcəklər.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Tərəflər bu raundda hərəyə bir qalibiyyət əldə ediblər.
Cütün qalibi növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək. Digər yarımfinal cütündə isə "Sabah" və "Şəki" komandaları qarşılaşacaqlar.