Millimizdən növbəti darmadağın
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi "Antalya Kuboku"nda sonuncu oyununa çıxıb. SportLine.az xəbər verir ki, seçməmizin rəqibi Bəhreyn U-20 komandası olub.
Keçirdiyi hər 3 matçda qalib gələn Yaşar Vahabzadənin yetirmələri bu dəfə də qələbəni təmin ediblər - 4:0.
Qeyd edək ki, bu nəticələ ilə komandamız yarışı birinci pillədə bitirib.
28 yanvar 2016
"Antalya Kuboku", 4-cü tur
Azərbaycan U-21 - Bəhreyn U-20 - 4:0
QOLLAR: Taşkın İlter, 5, Elnur Cəfərov, 24, Ruslan Nəsirli, 79, Abbas Hüseynov, 83