Azərbaycan boksçuları Bolqarıstandakı beynəlxalq turniri 2 gümüş və 2 bürünc medalla başa vurublar
Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirini 2 gümüş və 2 bürünc medalla başa vurub.
Sportline.az xəbər verir ki, yığmanın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar.
Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar.
Millimiz bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.